Avstraliya resesiya ilə üzləşib

Avstraliya resesiya ilə üzləşib Avstraliya iqtisadiyyatı son 29 ildə ilk dəfədir resesiya ilə üzləşib.
Maliyyə
3 İyun , 2020 20:35
Avstraliya resesiya ilə üzləşib

Avstraliya iqtisadiyyatı son 29 ildə ilk dəfədir resesiya ilə üzləşib.

“Report” Avstraliya Statistika Bürosuna (ABS) istinadən xəbər verir ki, cari ilin birinci rübündə ölkənin ÜDM-i 0,3 faiz azalıb.

Hesabat dövründə həmçinin ev təsərrüfatlarındakı istehlak həcmi 2008-ci ilin dekabr ayından sonrakı dövrdə ilk dəfə, son 34 ildə ən kəskin azalma göstərərək 1,1% azalıb. Son 12 ay ərzində ölkədə cəmi 1,4% iqtisadi artım qeydə alınıb ki, bu da 2009-cu ildən bu yana ən zəif göstəricidir.

Ölkənin maliyyə naziri Coş Fraydenberq əvvəl kütləvi meşə yanğınlarının, sonra da COVID-19 pandemiyasının yetirdiyi ziyan nəzərə alınsa, resesiyanın labüd olduğunu, cari rübdə daha da mənfi nəticələr qeydə alınacağı üçün qarşıdakı çətinliklərə hazır olmağın vacibliyini qeyd edib.

Nazir bunula belə görülən məhdudlaşdırıcı tədbirlər və əhaliyə maliyyə dəstəyi tədbirləri nəticəsində ölkə iqtisadiyyatında daha böyük fəsadlara yol vermədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Avstraliyada COVID-19 virusuna təsdiqlənmiş yoluxma halları 7 229, ölüm halları 103-dür.

Son xəbərlər

Orphus sistemi