Avstraliya iqtisadiyyatı 26 ildir dayanmadan böyüyür

Maliyyə
  • 23 iyun, 2017
  • 16:24
Avstraliya iqtisadiyyatı 26 ildir dayanmadan böyüyür

Bakı. 23 iyun. REPORT.AZ/ Avstraliya iqtisadiyyatı 26 ardıcıl ildir iqtisadi tənəzzülə uğramadan inkişaf edir. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ötən il 2,4%-lik iqtisadi artıma imza atan bu ölkə tənəzzülsüz inkişaf dövrünün uzunluğuna görə yalnız Hollandiyadan geri qalırdı. 

Bu ilin ilk rübündə isə Avstraliyada ümumi daxili məhsul 1,7% artıb və ölkə bunun nəticəsində Hollandiyanın əldə etdiyi göstəriciyə çatıb. 

Qeyd edək ki, Hollandiya 1992-2008-ci illərdə 26 il ardıcıl iqtisadi artıma nail olub.