Avrozonada iqtisadi gözləntilər əmsalı kəskin artıb
- 08 iyun, 2020
- 10:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Avrozonada iqtisadi gözləntilər əmsalı may ayındakı mənfi 3-dən müsbət 21,8-dək artıb.
“Report” “Banki.ru”ya istinadən xəbər verir ki, “Sentix” tədqiqat mərkəzinin 4-6 iyun tarixində apardığı araşdırmanın nəticələrinə görə, bu rəqəm 2017-ci ilin noyabr ayından sonrakı dövr üçün ən yüksək həddir.
Hesabat dövründə sərmayədarların avrozonaya olan etimad əmsalı mənfi 41,8-dən mənfi 24,8-dək, cari iqtisadi vəziyyət əmsalı mənfi 73-dən mənfi 61,5-dək artıb.
Eyni zamanda, avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyada da sərmayədarların etimad əmsalı mənfi 35,3-dən 17,2-dək, cari iqtisadi vəziyyət əmsalı mənfi 66-dan mənfi 53-dək, iqtisadi gözləntilər əmsalı 2,5-dən 27,3-dək artıb. Bu göstərici üç aydır artaraq 2015-ci ilin mart ayından sonrakı dövrdə ən yüksək həddə çatıb.