Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Maliyyə
  • 12 dekabr, 2019
  • 14:03
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,5% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.