Bakı. 6 yanvar. REPORT.AZ/ Yanvarın 5-də Amerika fond bazarında Dow Jones indeksində 1,86% azalma müşahidə edilib və 17 501,55 bənd təşkil edib, S&P 500 1,83% - 2 020,58 bəndədək, Nasdaq isə 1,57% - 4 552,57 bəndədək azalıb.
"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 5-də FTSE 100 indeksi 2,00% - 6 417,16 bəndədək, Almaniya DAX-ı 2,99% - 9 473,16 bəndədək, Fransa CAC-40-ı isə 3,31% - 4 111,36 bəndədək azalıb.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,17% bahalaşaraq 1 206,10 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1915 dollar (-1,1%) təşkil edib.