Avni Demirçi: "Banklar investisiyalara kredit ayırmalıdır"

Maliyyə
  • 29 aprel, 2017
  • 09:38
Avni Demirçi: Banklar investisiyalara kredit ayırmalıdır

Bakı. 29 aprel. REPORT.AZ/ "Təəssüf ki, Azərbaycan banklarının təminat, girovla kredit vermək kimi bir alışqanlığı var". "Report" xəbər verir ki, bunu "Ziraat Bank Azerbaijan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirçi deyib.

A.Demirçinin sözlərinə görə, ölkədə kreditləşmə sahəsində dəyişikliklər aparılmalıdır: "Düşünürəm ki, bu alışqanlıq unudulmalıdır. Biz investisiyalara kredit ayırmalıyıq".

"Bu gün bankların maliyyə qaynaqları çox deyil. Banklar qaynaqlarını genişləndirməlidir. Xüsusən də, daha ucuz qaynaqlar tapmalıyıq", - deyə A.Demirçi bildirib.