Auditorlar Palatası beynəlxalq imtiyazlı təlim tərəfdaşı statusu ala bilər

Auditorlar Palatası beynəlxalq imtiyazlı təlim tərəfdaşı statusu ala bilər Auditorlar Palatası İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) İmtiyazlı Təlim Partnyoru statusu əldə edə bilər.
Maliyyə
26 Yanvar , 2022 11:41
Auditorlar Palatası beynəlxalq imtiyazlı təlim tərəfdaşı statusu ala bilər

Auditorlar Palatası İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) İmtiyazlı Təlim Partnyoru statusu əldə edə bilər.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, Palata ilə 1904-cü ildə təsis edilmiş, baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən, Sertifikatlı Mühasib ixtisasını təklif edən və dünya üzrə 233 000 üzvü olan qlobal peşəkar mühasibatlıq qurumu ACCA-nın Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə rəhbərliyi arasında mövcud əlaqələrin gücləndirilməsi istiqamətində videokonfrans formatında görüş keçirilib.

Onlayn görüşdə Auditorlar Palatasının sədri Vahid Novruzov, onun müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə Komitənin sədri Fəqan Qarayev, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, ACCA-nın ölkəmizdən üzvləri olan audit şirkətlərinin rəhbərləri, Assosiasiyanın Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə rəhbəri Filiz demiröz və Bazarın inkişafı üzrə meneceri Ülgen Kıymık Coşkun iştirak ediblər.

Görüşdə Auditorlar Palatasının ACCA-nın İmtiyazlı Təlim Partnyoru statusunu əldə etməsi, ACCA-nın Davamlı Peşəkar İnkişafa dair təlim materiallarının Auditorlar Palatasının üzvlərinə və assistentlərə tədris olunması istiqamətində tədbirlərin görülməsi, Azərbaycan auditorlarının ACCA-nın Peşəkar Təqdiqatçılar qrupuna qoşulması, həmçinin Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında mövcud olan Anlaşma Memorandumunun yenilənməsi və imzalanma mərasiminin həyata keçirilməsi kimi mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.

V.Novruzov auditor peşəsinin inkişafı və onun keyfiyyətinin arıtılması, korrupsiyaya, çirkli pulların yuyulmasına və ümumilikdə kölgə iqtisadiyyatına qarşı mübarizədə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və yerli qanunvericilik nəzərə alınmaqla ölkəmizdə tətbiqinin müasir çağda böyük əhəmiyyət daşıdığını vurğulayaraq hər iki qurum arasında bu istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsinin labüdlüyünü tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi