“Atəşgah Sığorta”ya yeni sədr müavini təyin edilib

Maliyyə
  • 04 fevral, 2019
  • 13:39
“Atəşgah Sığorta”ya yeni sədr müavini təyin edilib

Bakı. 4 fevral. REPORT.AZ/ "Atəşgah Sığorta" ASC-nin Direktorlar Şurasının qərarı ilə şirkətin İdarə Heyətinə (İH) yeni sədr müavini təyin edilib. 

"Report" şirkətə istinadən xəbər verir ki, söhbət Orxan Faid oğlu Rzayevdən gedir. 

O, 2005-ci ildən “Atəşgah Sığorta"da işləyir, şirkətin müxtəlif şöbə və idarələrinə rəhbərlik edib, eləcə də İH-nın üzvü vəzifəsini icra edib. 

Hazırda “Atəşgah Sığorta” İH-ya Azər Allahverdi oğlu Əliyev sədrlik edir. Onun müavini isə Fuad Faiq oğlu İsmayılovdur. 

44 filmi