“Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti 12 % azalıb

Maliyyə
  • 02 aprel, 2024
  • 13:39
“Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti 12 % azalıb

“Atəşgah Həyat Sığorta” ASC 2023-cü ili 7,488 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 11,6 % azdır.

Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 48,224 milyon manat (əvvəlki ilə nisbətən 5,1 % az), xərcləri 38,864 milyon manat (3,4 % az), mənfəət vergisi ödəmələri isə 1,872 milyon manat (11,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 102,087 milyon manat olub ki, bu da illik müqayisədə 28,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 44,5 % artaraq 85,341 milyon manata çatıb, balans kapitalı isə 17,4 % azalaraq 16,746 milyon manata düşüb.

Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.