"Atəşgah Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 10 noyabr, 2026
  • 11:07
Atəşgah Həyat Sığorta maliyyə vəziyyətini açıqlayıb

"Atəşgah Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 12,911 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,1 % çoxdur.

9 ayda "Atəşgah Həyat Sığorta"nın gəlirləri 113,529 milyon manat (1 il əvvələ nisbətən 67,5 % çox), xərcləri 97,391 milyon manat (69,8 % çox), mənfəət vergisi ödəmələri isə 3,228 milyon manat (55,1 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə "Atəşgah Həyat Sığorta"nın aktivləri 128,667 milyon manat olub ki, bu da illik müqayisədə 10,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 14,3 % azalaraq 107,073 milyon manata düşüb, balans kapitalı isə 11,8 % artaraq 21,594 milyon manata çatıb.

Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.