Mayın 8-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Atasığorta” ASC-nin rəhbər şəxsin səlahiyyətlərinin uzadılması və digər məsələlər daxildir.
Mayın 25-də, saat 15:00-da isə “Atasığorta”nın baş ofisində səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.