​"Atasığorta"nın daxilolmaları 23% azalıb

​"Atasığorta"nın daxilolmaları 23% azalıb Bununla yanaşı, şirkətin sığorta ödənişləri isə 14% azalıb
Maliyyə
7 İyun , 2016 14:01
​Atasığortanın daxilolmaları 23% azalıb

Bakı. 7 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Atasığorta" ASC-nin sığorta yığımları 3,291 mln. manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azdır.

Bu barədə "Report"a şirkətdən bildirilib.

Xatırladaq ki, 2015-ci ilin ilk 5 ayında "Atasığorta" 4,293 mln. manat sığorta haqqı toplamışdır.

Hesabat dövründə sığorta şirkətinin ödənişləri də azalıb. Belə ki, "Atasığorta" yanvar-may aylarında 1,355 mln. manat sığorta ödənişi həyata keçirib. Bu isə 2015-ci ilin eyni dövrünə nisbətən 13,6% azdır. Xatırladaq ki, şirkət ötən ilin ilk 5 ayında 1,569 mln. manat sığorta ödənişi həyata keçirmişdir.

Son xəbərlər

Orphus sistemi