"AtaSığorta" martda 271 min manat ödəniş edib

"AtaSığorta" martda 271 min manat ödəniş edib Ödənişlər kasko sığorta, icbari avtosığorta, əmlak sığortası və tibbi sığorta üzrə olub
Maliyyə
13 Aprel , 2015 17:24
AtaSığorta martda 271 min manat ödəniş edib

Bakı. 13 aprel. REPORT.AZ/ “AtaSığorta” ASC 2015-ci ilin mart ayında 411 hadisə üzrə təxminən 271 min manat həcmində sığorta ödənişi həyata keçirib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 14,6 mln. manat nizamnamə kapitalına malik olmaqla, 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmət göstərir. Həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısı olan "AtaSığorta"nın xidmət şəbəkəsinə satış üzrə 18 filial, nümayəndəlik və ofislər daxildir.

Son xəbərlər

Orphus sistemi