Bakı. 28 aprel. REPORT.AZ/ Bakı şəhərinin Bakıxanov qəsəbəsində “AtaBank” ASC-nin yeni filialı açılıb. Muxtar Fətəliyev prospektində fəaliyyət göstərən filial fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlər, depozitlər, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi kimi xidmətlər təklif olunur.
"AtaBank"ın "Bakıxanov" filialı bazar ertəsi-cümə günləri saat 09:00-dan 17:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir.
Qeyd edək ki, hazırda Bakıda və müxtəlif regionlarda "AtaBank"ın 26 filial və şöbəsi fəaliyyət göstərir.