“Atabank”ın təşkil etdiyi lotereyada 18 131 manat udulub

Maliyyə
  • 29 noyabr, 2017
  • 06:35
“Atabank”ın təşkil etdiyi lotereyada 18 131 manat udulub

Bakı. 29 noyabr. REPORT.AZ/ “AtaBank” ASC-nin bu il mayın 1-dən start verdiyi "Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 28 337 ədəd lotereya kuponları paylanılıb və kampaniyada iştirak edən müştərilər 18 131 manat pul udub.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, kampaniya bu ilin sonuna qədər davam edəcək. Lotereyada "AtaBank"ın ticarət, ictimai-iaşə və xidmət obyektlərində quraşdırdığı POS-terminallar vasitəsilə istənilən bankın kartl ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.

Hər il olduğu kimi “AtaBank”ın kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon, digər bankların kartları ilə ödəniş edənlər kart sahiblərinə isə 20 manatlıq çek üçün bir kupon verilir. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank"ın POS-terminallar şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq Bankın istənilən filial və yaxud şöbəsinə müraciət etməlidir.

Kampaniyanın şərtləri ilə daha ətraflı məlumatı 136 məlumat mərkəzindən əldə etmək olar.