​“AtaBank”ın aktivləri son bir ildə 22% artıb

​“AtaBank”ın aktivləri son bir ildə 22% artıb Bu ilin 9 ayında Bank kreditləşməni 39% genişləndirib
Maliyyə
27 Oktyabr , 2014 15:53
​“AtaBank”ın aktivləri son bir ildə 22% artıb
Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın “AtaBank” ASC-nin aktivləri son bir ildə 22,3% artaraq bu ilin oktyabrın 1-nə 458,7 mln. manata çatıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 39,1% artaraq hesabat dövrünün sonuna 336,1 mln. manat təşkil edib. Həmçinin, depozit portfeli 31,6% artaraq 321,1 mln. manat təşkil edib. 

Ötən ilin sonu ilə müqayisədə Bankın nizamnamə kapitalı 18,7% artaraq 44,5 mln. manata çatıb.

Cari ilin III rübünün sonuna hüquqi şəxslərə verilmiş kreditlərin həcmi 199,1 mln. manat təşkil edib və hazırda bankın kredit portfelində hüquqi şəxslərin xüsusi çəkisi 59,2% təşkil edir. Bu isə 2013-cü ilin sonu ilə müqayisədə 29 faiz bəndi artım deməkdir.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 25 filialla əhaliyə xidmət göstərir. Bankın filiallarından 12-si Bakıda, 13-ü isə bölgələrdə yerləşir.

Son xəbərlər

Orphus sistemi