Bakı. 31 avqust. REPORT.AZ/ Argentina Mərkəzi Bankı uçot dərəcəsini 45%-dən 60%-dək qaldırıb.
"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bu addımla Mərkəzi Bank sürətlə dəyərdən düşən milli valyuta - pesonu qorumağa çalışır.
Buna baxmayaraq, peso gün ərzində 15% ucuzlaşıb və hazırkı məzənnə 1 ABŞ dolları - 39,1 peso təşkil edir. İlin əvvəlindən isə peso 53% ucuzlaşıb.