2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin illik gəlirliliyi 3,5 % təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin proqnozuna nisbətən 1,45 faiz bəndi çoxdur.
Xatırladaq ki, bu ilin 9 ayında ARDNF borc öhdəlikləri və pul bazarları alətləri üzrə 1,6 %, səhmlər üzrə 11,4 %, daşınmaz əmlak üzrə isə 3,3 % gəlirliliyə nail olub.