ARDNF valyuta hərraclarındakı satışını 9 % artırıb

ARDNF valyuta hərraclarındakı satışını 9 % artırıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2 milyard 173,1 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Maliyyə
28 Aprel , 2022 12:37
ARDNF valyuta hərraclarındakı satışını 9 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2 milyard 173,1 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.

Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 548,7 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin aprel ayına nisbətən 7,6 % çoxdur.

Son xəbərlər

Orphus sistemi