ARDNF-nin icraçı direktoru Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir

ARDNF-nin icraçı direktoru Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 22-26 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir.
Maliyyə
25 Oktyabr , 2018 10:32
ARDNF-nin icraçı direktoru Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 22-26 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir.

“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.

"Dayanıqlı İnkişafa İnvestisiyalar" mövzusunda keçirilən sessiyada yeni qloballaşma və sənayeləşmə erasında beynəlxalq investisiyalar üçün mövcud qlobal çətinliklər, investisiya tərəfdaşlarının çətinliklərin həllinə dair təşəbbüsləri və hər kəs üçün inkişafa dair qlobal tərəfdaşlığın qurulması məsələləri müzakirə edilir.

Tədbirdə dünyanın 160 ölkəsindən dövlət və özəl sektoru təmsil edən 6 000-dən çox nümayəndə iştirak edir.

Ş.Mövsumov tədbir zamanı Suveren və Pensiya Fondlarının Dialoqu sessiyasında çıxış etmişdir.

Son xəbərlər

Orphus sistemi