ARDNF investisiya portfelində dolların payını azaldacaq

ARDNF investisiya portfelində dolların payını azaldacaq 2022-ci ildə ARDNF-in investisiya portfelində ABŞ dollarının payının 65%, avronun payının 20%, ingilis funt-sterlinqinin payının 5%, digər xarici valyutaların payının isə 10% təşkil edəcəyi proqnozlaşdırılır.
Maliyyə
6 Dekabr , 2021 14:20
ARDNF investisiya portfelində dolların payını azaldacaq

2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində ABŞ dollarının payının 65%, avronun payının 20%, ingilis funt-sterlinqinin payının 5%, digər xarici valyutaların payının isə 10% təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Xatırladaq ki, 2021-ci il oktyabrın 1-nə ARDNF-in vəsaitlərin 69,1%-i dollarda, 19,5%-i avroda, 4,9%-i ingilis funt-sterlinqində, 6,5%-I isə digər xarici valyutalarda olub.

Bundan başqa, rəydə bildirilir ki, gələn il ARDNF-in investisiya portfelində borc öhdəlikləri və pul bazarları alətlərinin payı minimum 50%, səhmlərin payı maksİmum 25%, daşınmaz əmlakın payı maksumum 10%, qızılın payı isə maksumum 15% təşkil edəcək. Bu il sentyabrın sonuna sözügedən nisbətlər müvafiq olaraq 63,1%, 18,1%, 6% və 12,8% təşkil edib.

Son xəbərlər

Orphus sistemi