ARDNF-in rəhbəri Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüşüb

Maliyyə
  • 13 sentyabr, 2017
  • 12:20
ARDNF-in rəhbəri Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüşüb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“Report” bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Görüşdə ARDNF-in fəaliyyəti, Azərbaycanda makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar və digər məsələlər müzakirə edilib.