​ARDNF bugünkü hərraca 100 mln. dollar çıxarıb

​ARDNF bugünkü hərraca 100 mln. dollar çıxarıb Proqnoz: Həftənin sonuna qədər rəsmi məzənnə 1,50 AZN/USD-yə yaxınlaşa bilər
Maliyyə
199
30 Mart , 2016 11:08
​ARDNF bugünkü hərraca 100 mln. dollar çıxarıb

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən satışa 100 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılıb. Bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

“Report”un analitik qrupu hesab edir ki, bugünkü hərracda dollara tələbat çox az olacaq və tələbin hətta minimal səviyyədə təqdim ediləcəyi ehtimal olunur. Bununla da AMB dolların martın 31-nə olan rəsmi məzənnəsini 1,54 AZN/USD-yə düşəcəyi proqnozlaşdırılır. Həftənin sonuna qədər isə rəsmi məzənnə hətta 1,50 AZN/USD-yə yaxınlaşa bilər.

Son xəbərlər

Orphus sistemi