ARDNF AÇG layihəsindən 137 mlrd. dollardan çox gəlir əldə edib

ARDNF AÇG layihəsindən 137 mlrd. dollardan çox gəlir əldə edib Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 8,960 mlrd. dollar daxil olub.
Maliyyə
1355
6 Dekabr , 2018 14:39
ARDNF AÇG layihəsindən 137 mlrd. dollardan çox gəlir əldə edib
0 : 00
0 : 00

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 8,960 mlrd. dollar daxil olub.

“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu məbləğin 222 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il dekabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 137,446 mlrd. dollar gəlir əldə olunub.

Son xəbərlər

Orphus sistemi