“Apple Pay” “TuranBank”da – ilk ödənişdə 5 manat “cash back”!

Maliyyə
  • 07 dekabr, 2023
  • 10:45
“Apple Pay” “TuranBank”da – ilk ödənişdə 5 manat “cash back”!

“TuranBank” ASC-nin “Visa” kart sahibləri artıq “Apple Pay” vasitəsilə ödənişləri tam təhlükəsiz şəkildə edə bilərlər. Belə ki, bu gündən “Apple Pay” istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, POS-terminal düymələrinə toxunmadan və ya nağd pula ehtiyac olmadan ödəniş edəcəklər. Hər bir əməliyyatın təhlükəsizliyi “iPhone”un innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştərinin “iPhone” telefonunu və yaxud “Apple Watch” saatını POS-terminala yaxınlaşdırması kifayətdir. “Apple Pay” vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı şəkildə qorunur, çünki istifadəçi onu “Face ID”, “Touch ID” və yaxud cihazın parolu ilə təsdiq etməlidir. “Apple Pay” ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmadan ödənişlər etmək mümkündür.

“TuranBank” “Visa” kartını “Apple Pay”də aktivləşdirmək çox asandır. Sadəcə “TuranBank” mobil tətbiqinə daxil olub, kartı seçib “Add to wallet” düyməsini sıxdıqdan sonra, istifadə qaydalarını qaydalarını qəbul etmək “TuranBank”ın kredit və yaxud debet kartınızı əlavə etməyiniz üçün kifayətdir. Kart “iPhone”, “Apple Watch”, “iPad” və yaxud “Mac” cihazına əlavə olunan andan müştəri həmin cihazda “Apple Pay”dən istifadə edə bilər. Həmçinin, müştərilər “Apple Pay” vasitəsilə “iPhone”, “iPad” və “Mac” cihazlarına yüklənən tətbiqlərdə və yaxud “Safari” internet brouzerlərində açılan saytlarda da rahat və sürətli alış-veriş edə bilərlər.

“TuranBank” “Apple Pay” ödəniş sisteminin yeni istifadəçiləri üçün kampaniyaya start verib. Belə ki, “Apple Pay” xidmətinə qoşulmuş “TuranBank”ın “Visa” kart sahibləri ilk ödənişdə 5 manat “cash back” qazanacaqlar. Minimum ödəniş məbləğı 10 manat təşkil edir. Kampaniya 7 dekabr 2023-cü il – 7 yanvar 2024-cü il tarixlərini əhatə edir. Bundan sonra da “Apple Pay” istifadəçiləri “TuranBank”ın təklif etdiyi “cash back” və endirimlərdən faydalanmağa davam edə biləcəklər.

Təhlükəsizlik və məxfilik “Apple Pay”in əsas üstünlüklərindəndir. “Apple Pay”ə əlavə etdiyiniz kredit və yaxud debet kartınızın məlumatları cihazınızda, “Apple” serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilirək şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz Element” çipində əminliklə saxlanılır. “Apple Pay” haqqında ətraflı məlumat üçün: https://www.apple.com/apple-pay/

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin daha da genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirən Bank şəhər və regionlarda yeni filial və şöbələrin açılması istiqamətində işlərini davam etdirəcək.

“TuranBank”ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və yaxud sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

“TuranBank”

Bizimlə etibarlıdır …

Son xəbərlər

Bütün Xəbər Lenti