“Apple”ın bazar dəyəri “FTSE 100” indeksini keçib

“Apple”ın bazar dəyəri “FTSE 100” indeksini keçib ABŞ-ın texnologiya nəhəngi “Apple”ın səhmlərinin bazar dəyəri İngiltərənin ən böyük şirkətlərinin səhmlərinin tədavül olunduğu “FTSE 100” indeksinin dəyərini ötüb.
Maliyyə
2 Sentyabr , 2020 12:03
“Apple”ın bazar dəyəri “FTSE 100” indeksini keçib

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin bazar dəyəri Böyük Britaniyanın ən böyük şirkətlərinin səhmlərinin qiymətləri əsasında formalaşan “FTSE 100” indeksinin dəyərini ötüb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hazırda beynəlxalq fond birjalarında “Apple”ın səhmlərinin ümumi dəyəri 2,3 trilyon ABŞ dollarına (1,7 trilyon funt sterlinq) yaxındır. “FTSE 100” indeksinin ümumi dəyəri isə 1,5 trilyon funt sterlinq səviyyəsindədir.

Xatırladaq ki, “Apple”ın səhmləri ümumi dəyəri bu ilin əvvəlindən bəri 75% artaraq ötən ay 2 trilyon ABŞ dollarına (1,5 trilyon funt sterlinq) yüksəlmişdi. Bununla da, şirkəti bazar dəyəri 2 trilyon dolları ötmüş ilk ABŞ şirkəti olmuşdu. “Apple” həmçinin 2018-ci ildə bazar dəyəri 1 trilyon dolları aşmış ilk ABŞ şirkəti kimi də tarixə düşüb. 

Son xəbərlər

Orphus sistemi