"Anglo-Asian Mining Plc." Azərbaycanda 46 mln dollar gəlir əldə edib

"Anglo-Asian Mining Plc." Azərbaycanda 46 mln dollar gəlir əldə edib Şirkətin mənfəəti 15%-dək artıb
Maliyyə
243
25 Sentyabr , 2020 12:19
Anglo-Asian Mining Plc. Azərbaycanda 46 mln dollar gəlir əldə edib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin yanvar-iyun ayları ərzində 45,9 milyon ABŞ dolları gəlir əldə edib.

“Report” xəbər verir ki, bu barədə şirkətin bu ilin ilk yarım illiyi ilə bağlı hesabatında qeyd olunub.

Hesabata görə, bu, 2019-cu ilin ilk altı ayının göstəriciləri ilə müqayisədə 6% çoxdur.

Şirkətin vergiyəqədərki mənfəəti 11,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə 14,6% çoxdur.

Bu müddət ərzində şirkətin sərbəst pul axını 13,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar-iyun alları ilə müqayisədə 34% çoxdur.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi