“Amrah Bank”ın rəhbərliyində dəyişiklik olub

Maliyyə
  • 08 yanvar, 2019
  • 06:59
“Amrah Bank”ın rəhbərliyində dəyişiklik olub
Report

Bakı. 8 yanvar. REPORT.AZ/ “Amrah Bank” ASC-nin İdarə Heyətinin üzvü və Bankın Maliyyə Departamentinin direktoru Nəcəf Cəfərli işdən çıxıb.

“Report” xəbər verir ki, onun yerinə departamentdəki müavini Hürü Salxayeva təyin edilib.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

44 - Tezliklə