Amerikalı milyarder yeni maliyyə böhranının vaxtı ilə bağlı proqnoz verib

Amerikalı milyarder yeni maliyyə böhranının vaxtı ilə bağlı proqnoz verib Bakı. 19 sentyabr. REPORT.AZ/ Yaxın iki il ərzində dünyada yeni maliyyə böhranının baş verəcəyini güman etmək olar.
Maliyyə
19 Sentyabr , 2018 19:45
Amerikalı milyarder yeni maliyyə böhranının vaxtı ilə bağlı proqnoz verib
getty

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Yaxın iki il ərzində dünyada yeni maliyyə böhranının baş verəcəyini güman etmək olar".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi, milyarder Rey Dalio “Business İnsider” nəşrinə açıqlamasında bildirib. 

"Hazırkı dövr istər siyasət, istərsə də iqtisadiyyat baxımından ötən əsrin 30-cu illərindəki Böyük Tənəzzül dövrünü çox xatırladır. İqtisadi tənəzzül faiz dərəcələrinin ən aşağı həddə enməsindən sonra baş verir. Bundan sonra mərkəzi banklar aktivləri satın almağa başlayır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi