AMB: “Valyuta ehtiyatları kifayətliliyi beynəlxalq normaları kifayət qədər üstələyir”

Maliyyə
  • 04 aprel, 2019
  • 08:04
AMB: “Valyuta ehtiyatları kifayətliliyi beynəlxalq normaları kifayət qədər üstələyir”

"2018-ci ildə Azərbaycanda cari əməliyyatlar balansının qalığının ümumi daxili məhsula nisbəti 13% təşkil edib, yəni ikirəqəmli olub. Bu baxımdan Azərbaycan dünyada azsaylı ölkələrdən biridir”.

“Report” xəbər verir ki, bunu "Fich" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında Azərbaycan Mərkəzi Bankının Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov deyib.

“Bu təkcə neftin qiymətinin yüksək olması ilə bağlı deyil. Ölkənin qeyri-neft sektoru üzrə də tədiyyə balansında da müsbət meyllər var”, - o bildirib.

Bundan başqa, AMB rəsmisi Azərbaycanın ilkin və təkrar gəlirlər balansında da artım olduğunu qeyd edib.

“Ölkənin valyuta ehtiyatları kifayətliliyi beynəlxalq normaları kifayət qədər üstələyir. Mövcud şəraitdə AMB-nin pul siyasəti qiymətlərin sabitliyinə yönəlib. Qurum makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi artımı dəstəkləməyə, pul siyasətini yumşaltmağa çalışır”, - A.Ələsgərov əlavə edib. 

Son xəbərlər

Bütün Xəbər Lenti