AMB-nin dövriyyədə olan notları azalıb

Maliyyə
  • 13 may, 2020
  • 13:03
AMB-nin dövriyyədə olan notları azalıb
Azərbaycan Mərkəzi Bankı
Report

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının dəyəri 815,4 milyon manat təşkil edir.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, mayın 6-sı ilə müqayisədə 63,5 milyon manat, yaxud 7,2% azdır.

AMB-nin dövriyyədə olan notları bundan əvvəl 6,6 milyon manatlıq artım nümayiş etdirmişdi.