Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti hərrac keçirib.
"Report" AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 82,65% çox - 365,3 mln. dollar olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,71% olub.