AMB-nin depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib

Maliyyə
  • 20 noyabr, 2017
  • 08:11
AMB-nin depozit hərracında tələb təklifi 6 dəfədən çox üstələyib
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda planlaşdırıldığı kimi 100 mln. manat cəlb edilib.

Tələb isə bundan 6,2 dəfə çox – 623,35 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

44 filmi