AMB-nin depozit hərracında tələb təklifi 4 dəfə üstələyib

Maliyyə
  • 13 noyabr, 2017
  • 08:23
AMB-nin depozit hərracında tələb təklifi 4 dəfə üstələyib
Report

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda planlaşdırıldığı kimi 200 mln. manat cəlb edilib.

Tələb isə bundan 3,95 dəfə çox – 790,1 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

44 filmi