Maliyyə Nazirliyinin bu ay keçirdiyi depozit hərracı maliyyə bazarında ilk təcrübədir və Azərbaycan Mərkəzi Bankı (AMB) bu addım dəstəkləyir.
“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Azərbaycan iqtisadiyyatımızın strukturuna baxdıqda, görərik ki, ötən il hökumət hesablarındakı vəsaitlərin il ərzində artımı nəticəsində bazarda kikvidlik azalıb. Bu da ötən ilin uçot dərəcələrinə təbii ki təsir edib. Problemin aradan qaldırılması üçün bu addım atıldı. Maliyyə Nazirliyi ilə ilin əvvəlindəki sərbəst vəsaitlərin maliyyə sektoruna geri qaytarılması müzakirə edildi. Bunun inflyasiyaya böyük təsiri olacağını gözləmirik", - deyə o qeyd edib.