AMB I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

AMB I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb Bu ilin I yarısında Azərbaycana xaricdən 567,8 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 343 milyon ABŞ dolları pul köçürüb.
Maliyyə
12 Sentyabr , 2024 11:14
AMB I yarımildə ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 567,8 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 259,6 milyon ABŞ dolları pul köçürüb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 36,35 % az və 1,9 % çoxdur.

O bildirib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (287 milyon ABŞ dolları), Türkiyədən (82,3 milyon ABŞ dolları), ABŞ-dan (30,5 milyon ABŞ dolları), Gürcüstan (17,4 milyon ABŞ dolları) və Birləşmiş Krallıqdan (16,1 milyon ABŞ dolları) daxil olub.

6 ayda ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (76,6 milyon ABŞ dolları), Rusiya (29,9 milyon ABŞ dolları), ABŞ (28,3 milyon ABŞ dolları), Gürcüstan (25,1 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (13,6 milyon ABŞ dolları) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi