AMB depozit hərracında 44 mln. manat cəlb edib

AMB depozit hərracında 44 mln. manat cəlb edib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% olub.
Maliyyə
28 Sentyabr , 2016 14:49
AMB depozit hərracında 44 mln. manat cəlb edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. 

AMB-dən "Report"a verilən məlumata görə, hərracda 50 mln. manat cəlb edilməsi nəzərdə tutulsa da, bu rəqəm 44 mln. manat təşkil edib. 

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% olub.

Son xəbərlər

Orphus sistemi