AMB depozit hərracında 200 mln. manat cəlb edib

Maliyyə
  • 04 dekabr, 2017
  • 11:47
AMB depozit hərracında 200 mln. manat cəlb edib
Report

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda planlaşdırıldığı kimi, 200 mln. manat cəlb edilib.

Tələb isə bundan 2,7 dəfə çox – 548,6 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.