“Alfa Sığorta”nın kreditorlarının II növbə tələbləri üzrə ödənişləri yekunlaşıb

Maliyyə
  • 29 may, 2018
  • 14:11
“Alfa Sığorta”nın kreditorlarının II növbə tələbləri üzrə ödənişləri yekunlaşıb

Bakı. 29 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin kreditorlarının II növbə tələbləri üzrə ödənişlər yekunlaşıb. 

"Report" Palataya istinadən xəbər verir ki, sığorta pulu şəxsi sığorta növləri üzrə 44 nəfərə ödənilib.

Kreditorların I növbə üzrə tələblərini “İcbari sığortalar haqqında” qanuna əsasən İcbari Sığorta Bürosu qarşılayıb.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” müflis elan edilib və onun iflası proseduruna başlanılıb. Bu müddət ərzində şirkətin kreditorlarının tələblərinin reyestri tərtib edilib və məhkəmə onu təsdiqləyib. Məsələyə yekun olaraq Ali Məhkəmədə baxılıb. 

Hazırda sığorta şirkətinin ləğv edilməsi davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti