"Gələn ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin artımı nə istehlakçıların xərclərinə, nədə istehsalçıların istehsal həcminə əhəmiyyətli dərəcədə təsir etməyəcək".
"Report"un məlumatına görə, bunu
Onun sözlərinə görə, vergi qanunvericiliyinə əlavə və dəyişikliklər hazırlanarkən istehsalçılar və istehlakçıların maraqları nəzərə alınıb.
Xatırladaq ki, dəyişikliklərə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,4 manata, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata dəyişdirilir, energetik içkilərin hər litri üçün aksiz vergisi 3,1 manat səviyyəsində müəyyən edilib.
Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması nəzərdə tutulur.