Yanvarın 27-dən 31-nə qədər Yunanıstanın vergi və gəlirlər sahəsində çalışan ekspertləri idxal və ixrac əməliyyatlarına nəzarətin təkmilləşdirilməsində Azərbaycanın
“Report” xəbər verir ki, missiyanın məqsədi vergi və gömrük orqanları arasında səmərəli əlaqələndirilmə və əməkdaşlığa dair Avropa İttifaqının (Aİ) qabaqcıl təcrübəsini, eləcə də idxal olunan məhsulların ilkin elektron bəyannamələrinin istifadəsi və adı çəkilən orqanlar tərəfindən məlumatların elektron qaydada mübadiləsi işini müzakirə etməkdir.
Aİ ekspertləri həmçinin Azərbaycanın xarici ticarət sahəsində həyata keçirdiyi gömrük statistikasına dair metodologiyanın təkmilləşdirilməsi yolları və birgə nəzarət mexanizmlərinin və risklərin idarə olunması sistemlərinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Bu ekspert missiyası Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) tərəfindən Azərbaycan Vergilər Nazirliyi ilə birlikdə təşkil olunur.