AİF 10 mln. manatlıq istiqraz satıb
- 06 aprel, 2017
- 13:53
Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının alqı-satqısı üzrə 3 əqd bağlanılıb.
"Report" BFB-yə istinadən xəbər verir ki, əqdlər Fondun hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd qiymətli kağızının ilkin bazarda realizə edilməsini nəzərdə tutur.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in ipoteka istiqrazlarının baza emissiya prospektini martın 6-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, hər istiqrazın nominal dəyəri 1 000 manat, illik gəlirlik 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçirilir. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstərilir.