"AGBank" səhmdarlarına hesabat verəcək

Maliyyə
  • 18 iyul, 2018
  • 06:15
AGBank səhmdarlarına hesabat verəcək

Bakı. 18 iyul. REPORT.AZ/ Sentyabrın 6-da, saat 12:00-da "AGBank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. 

Bu barədə "Report" Banka istinadən xəbər verir. 

Məlumata görə, yığıncaq "AGBank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında olacaq. 

Yığıncağın gündəliyinə Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatlarının, maliyyə nəticələrinin və nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi məsələləri daxildir. 

44 filmi