​"AG Bank" kreditləri ucuzlaşdırıb

​"AG Bank" kreditləri ucuzlaşdırıb Əmək haqqını "AG Bank"ın plastik kartları ilə alan müştərilər üçün kreditlər illik 18%-dək ucuzlaşdırılıb
Maliyyə
105
7 May , 2015 12:43
​AG Bank kreditləri ucuzlaşdırıb

Bakı. 7 may. REPORT.AZ/ "AG Bank" ASC nağd pul kreditlərinin faiz dərəcələrində güzəştlər edib. Belə ki, "AG Bank" əmək haqqını Bankın plastik kartları ilə alan müştərilər üçün kreditlərin illik faiz dərəcəsini 18%-ə, digərləri üçün isə 20%-ə endirib (FİFD - 20,40%-dən başlayır).

"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, aksiya mayın 31-dək davam edəcək. Güzəştdən yararlanmaq üçün müştərilər "AG Bank"ın filiallarına müraciət edə bilər.

İngilis versiyası AGBank reduces cost of loans

Son xəbərlər

Orphus sistemi