"AG Bank" bazara yeni əmanət məhsulları çıxarıb

"AG Bank" bazara yeni əmanət məhsulları çıxarıb İllik gəlirlik isə 5-13% arasında dəyişir
Maliyyə
17 İyun , 2015 10:00
AG Bank bazara yeni əmanət məhsulları çıxarıb

Bakı. 17 iyun. REPORT.AZ/ "AGBank" ASC potensial və mövcud müştərilərinə üç yeni - "Yığım", "Zəngin gələcək" və "13-cü əmanət" adlı əmanət məhsullarını bazara çıxarıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Yığım” əmanəti istənilən məbləğ ilə bankda depozit açdıqdan sonra, hesaba aylıq əlavələr etməklə həmin məbləği artırmaq fürsəti yaradır. Depozitin müddətinə uyğun olaraq, həm ilk qoyduğunuz məbləğə, həm də əlavə yatırımlara faizlər hesablanır. Yığım əmanəti üzrə minimal məbləğ 100 manat təşkil edir, gəlirlik isə illik 12%-dir. Məbləğdən asılı olaraq, depozit açan şəxsə pulsuz plastik kart da təklif olunur. 12 aylıq əmanət üzrə faizlər əmanətin müddəti başa çatdıqdan sonra ödənilir. Əmanət hesabını istənilən vaxt artırmaq mümkündür.

Digər məhsul - “Zəngin gələcək” əmanəti üzrə minimal məbləğ 100 manat/dollar təşkil edir, illik gəlirlik isə manatla açılmış hesab üçün 8%, dollarla - 5%-dir. Minimum 24 ay, maksimum 216 ay (18 il) müddəti olan əmanət üzrə faizlər əmanətin müddəti başa çatdıqdan sonra ödənilir.

Bununla yanaşı, “13-cü əmanət”in minimal məbləği 100 manat təşkil edir, faiz dərəcəsi isə illik 13%-dir. Əmanət üzrə faizlər əmanətin müddəti başa çatdıqdan sonra ödənilir. Məbləğdən asılı olaraq depozit açan şəxsə pulsuz plastik kart da təklif olunur. Əmanətin müddəti 13 aydır.

Son xəbərlər

Orphus sistemi