"AFB Bank"ın mənfəəti 3 dəfə azalıb
- 14 oktyabr, 2024
- 07:38
Yeniliklərdən dərhal xəbərdar olun!
“AFB Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 2,127 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 66,2 % və yaxud 3 dəfə azdır.
9 ay ərzində "AFB Bank”ın gəlirləri 23,532 milyon manat (illik müqayisədə 10,6 % çox), xərcləri 19,487 milyon manat (15,1 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,917 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 312,996 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7 % çoxdur. Bunun 179,723 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,5 % böyüyüb.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 5,2 % artaraq 237,645 milyon manata, o cümlədən depozit portfeli 3,8 % artaraq 151,777 milyon manata çatıb, balans kapitalı isə 4,3 % azalaraq 75,351 milyon manata düşüb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Toğrul Ülvi oğlu Hacıyevə məxsusdur.