ADIF-in icraçı direktorunun müavini yenidən "Bank Standard"ın kreditorları ilə görüşür

ADIF-in icraçı direktorunun müavini yenidən "Bank Standard"ın kreditorları ilə görüşür Bakıda "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir
Maliyyə
28 Fevral , 2018 15:34
ADIF-in icraçı direktorunun müavini yenidən Bank Standardın kreditorları ilə görüşür

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı ofisində təşkil olunub.

İclasda ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev, eləcə də Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın, təxminən, 80 kreditoru, Fondun digər əməkdaşları iştirak edirlər.

Ə.Həsənov bildirib ki, Kreditorlar Komitəsinin üzvlərinin 2/3-si iclaslara gəlmir: “Təklif edirəm ki, üzvlərin siyahısına yenidən, ADIF-in iştirakı ilə baxaq. 25 nəfərdən çox olmamaq şərti ilə Kreditorlar Komitəsi yenidən təşkil olunsun. Amma o şəxslər üzv olsun ki, onların bu işdə ciddi marağı var. Bundan başqa, keçən dəfə 5 nəfərdən ibarət işçi qrupu yaratdıq ki, “Bank Standard”ın əmlakı ilə bağlı hərraclarda iştirak etsin. Lakin 3 gün bundan əvvəl iclas olub, cəmi 1 nəfər hərraca qatılıb, prosesə nəzarət edib”.

Bu təklifi V.Abdullayev də dəstəkləyib. Bundan sonra, Kreditorlar Komitəsinə yeni üzvlər qəbul edilib.

Son xəbərlər

Orphus sistemi