ADB-nin növbəti toplantısının yeri məlum olub

ADB-nin növbəti toplantısının yeri məlum olub Toplantının 2021-ci ilin 2-5 may tarixlərində Tbilisidə keçirilməsi qərara alınıb
Maliyyə
204
21 Sentyabr , 2020 10:37
ADB-nin növbəti toplantısının yeri məlum olub

Asiya İnkişaf Bankının (ADB) 54-cü illik toplantısının keçiriləcəyi yer məlum olub.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, növbəti toplantısı Gürcüstanda baş tutacaq.

Məlumata görə, Bankın Direktorlar Şurasında Gürcüstan hökumətinin müvafiq müraciətinə baxılıb və toplantının 2021-ci ilin 2-5 may tarixlərində Tbilisidə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, ADB-nin 48-ci illik toplantısı 2015-ci ilin 2-5 may tarixlərində Bakıda keçirilib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildə ADB-yə üzv olub. Bank Azərbaycanda dövlət və özəl sektorlara aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard ABŞ dollarına yaxın vəsait ayırıb.

Son xəbərlər

Orphus sistemi