ADB iqlim maliyyələşməsinə dair xərcləri 100 milyard dollara qədər artırır

ADB iqlim maliyyələşməsinə dair xərcləri 100 milyard dollara qədər artırır Asiya İnkişaf Bankı (ADB) iqlim maliyyələşməsinə dəstək məqsədilə 2019-2030-cu illər aralığı üçün inkişaf etməkdə olan üzvlərinə ayrılacaq vəsaiti 80 milyard ABŞ dollarından 100 milard ABŞ dollarınadək artıracaq.
Maliyyə
13 Oktyabr , 2021 09:55
ADB iqlim maliyyələşməsinə dair xərcləri 100 milyard dollara qədər artırır

Asiya İnkişaf Bankı (ADB) iqlim maliyyələşməsinə dəstək məqsədilə 2019-2030-cu illər üçün inkişaf etməkdə olan üzvlərinə ayrılacaq vəsaiti 80 milyard ABŞ dollarından 100 milard dollaradək artıracaq.

“Report” xəbər verir ki, bu barədə maliyyə təşkilatının Manilada yerləşən mənzil-qərargahının bəyanatında deyilir.

“Günbəgün dərinləşən iqlim böhranı bir çoxlarını iqlim dəyişikliyi ilə mübarizəyə daha çox maliyyə ayırmağa məcbur edir. Biz, bu çağırışı qarşılamaq məqsədilə 2030-cu ilədək şəxsi reurslarımızdan bu sahəyə ayrılacaq maliyyə vəsaitinin həcmini 100 milyard ABŞ dollarınadək artırmaqla bağlı tədbirlər görürük”, - bankın prezidenti Masasuqu Asakava bildirib.

Qeyd edək ki, ADB 1966-cı ildə təsis edilib. Təşkilatın 68 səhmdarından 49-u Asiya-Sakit okean regionunda yerləşir.

Son xəbərlər

Orphus sistemi