ADB Azərbaycanla bağlı inflyasiya proqnozunu açıqlayıb

ADB Azərbaycanla bağlı inflyasiya proqnozunu açıqlayıb Asiya İnkişaf Bankı bu il Azərbaycanda inflyasiya 3,8% (ötən ildən 1,2% bəndi çox) səviyyəsində proqnozlaşdırır
Maliyyə
570
15 Sentyabr , 2020 09:59
ADB Azərbaycanla bağlı inflyasiya proqnozunu açıqlayıb

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiya 3,8% (ötən ildən 1,2% bəndi çox) səviyyəsində proqnozlaşdırır.

“Report” bankın “Asian Development Outlook” hesabatına istinadən xəbər verir ki, gələn il isə ölkədə inflyasiya 0,6% bəndi azalaraq 3,2% olacağı gözlənilir.

Qeyd edək ki, ümumilikdə bu il Mərkəzi Asiya regionu üzrə inflyasiya 8,3%, gələn il üçün isə 6,6% səviyyəsində gözlənilir.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 2,9% səviyyəsində olub.

Xatırladaq ki, Maliyyə Nazirliyinin “2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri”nə dair hesabatına əsasən qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda bu il infyasiyanın 3,1%, gələn il isə 3% səviyyəsində olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi